3 İyun 2014 15:16
2 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: bu gün Bakıda və Abşeron yarımadasının ayrı-ayrı yerlərində gecə şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 16-20, gündüz 22-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Teleqraf.com-un məlumatına görə isə Quba rayonunda hazırda leysan xarakterli yağış yağır, sel təhlükəsi gözlənilir. Zaqatalada isə iyunun 2-də axşam saatlarından başlayaraq qeyri-sabit hava şəraiti hökm sürür.

Güclü külək Azərbaycanın şimal-qərb bölgəsində bir sıra problemlər də yaradıb. Belə ki, Şəki və Qax rayonlarının bəzi yaşayış sahələrinə elektrik enerjisinin nəqli dayandırılıb.

NİGAR


Müəllif: