3 İyun 2014 22:10
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı insidentdə həbs edilənlərə yeni ittiham elan edilib

Ötən il dekabrın 11-də Sumqayıt şəhərində xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar həbs edilmiş şəxslərə qarşı əlavə ittiham elan olunub.

Təqsirləndirilən şəxslərdən evlərindən odlu silah tapılanlara qarşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsi üzrə yeni ittiham elan edilib.

Qeyd edək ki, ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 17 nəfər həbs edilib.

Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

R. Musayevin baş və bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olması aşkar edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: