3 İyun 2014 22:33
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunu Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri bildirib.

VaxtıTrans-Xəzər qaz kəməri uzunmüddətli vacib bir layihədir. Teleqraf.com bildirir ki, bunu Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri bildirib.

O, qeyd edib ki, bu layihənin Avropa üçün uzunmüddətli faydaları var: "Azərbaycan təkcə Avropa üçün qaz mənbəyi deyil, həmçinin Avropaya potensial olaraq Türkmənistan qazının nəqli üçün tranzit ölkədir. Biz Avropaya qazın diversifikasiyasını istəyirik".

Ç.Hendri əlavə edib ki, bu gün ölkələrimiz arasında əlaqələr əvvəlkindən daha güclüdür: "Bunun bir sıra səbəbləri var - "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının verilməsi, Trans-Adriatik boru kəməri ilə bağlı fəaliyyətin aparılmasıdır. Böyük Britaniya Azərbaycanda ən böyük sərmayəçi olaraq qalır. Sərmayələr, əsasən, neft və qaz sektoruna yatırılıb və getdikcə digər sahələri əhatə edir. Bu gün BP-dən başqa, 300-ə yaxın kiçik Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. 4000-ə yaxın Britaniya vətəndaşı burada yaşayır". /anspress/


Müəllif: