3 İyun 2014 21:35
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda herbari materiallarının təyinatı zamanı fərqli növ tapılıb

AMEA Botanika İnstitutunun əməkdaşları Azərbaycan florasında yeni növ aşkarlayıblar.

Teleqraf.com bildirir ki, institutunun Herbari laboratoriyasının müdiri Pərvanə Qaraxani, doktorant Arzu Hüseynova və Bitki ehtiyatları şöbəsinin aparıcı elmi işçisi Naibə Mehdiyeva Quba rayonunun Cek və Qaleyxudat kəndləri arasındakı subalp çəmənliklərindən toplanmış herbari materiallarının təyinatı zamanı fərqli növ aşkarlayıb.

Növün təyinatı üçün müasir metodlardan istifadə nəticəsində elm üçün Centauera cinsinə aid yeni növ müəyyən olunub. Bu növ Centaurea emilae Hüseynova et Qaraxani adı altında elmə daxil edilib.


Müəllif: