6 İyun 2014 12:16
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı Tennis Akademiyasında paytaxtın Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçirilib.

Teleqraf.com-un xəbərinə görə, aktiv məşğulluq tədbirində hər üç rayonun məşğulluq mərkəzləri tərəfindən müəssisələrdən toplanmış, əsasən qulluqçu və fəhlə peşələri üzrə ümumilikdə 392 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Vakant iş yerləri 43-ü özəl sektora aid 49 müəssisəyə aid olub. Bu müəssisələr sırasında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, "Nurgün şirkətlər qrupu", “Unibank” ASC, “Baku Steel Construction” ASC, “Expressbank” ASC, "FAB Boya və Kimya Sənayesi" MMC, “Bakı Sığorta” ASC, Bakı "Əyrici-Toxucu" ASC, “Ata Turizm” MMC, "Buta Sığorta" ASC, “Kristal” MMC, “DəmirBank” ASC, “Bakı Tikiş Evi” ASC və digər iri şirkətlər də var.

Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib, işsiz və işaxtaran vətəndaşla onların birbaşa əlaqəsi təmin olunub. Tədbirdə qeyd olunan Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslərin münasib işlərlə təminatına xüsusi diqqət yetirilib. Yarmarka zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaq, habelə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılıb.

Naibə


Müəllif: