6 İyun 2014 14:32
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşlərii üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Ağdam rayonunda olub.

Teleqraf.com-un xəbərinə görə, Əli Həsənov burada rayonun İmamqulubəyli kəndi ərazisində məcburi köçkünlər üçün yeni inşa edilən qəsəbəyə baş çəkib. Qəsəbədə inşa edilən evlərlə yaxından tanış olub. Sonra rayon rəhbərliyi və podaratçı şirkətlərin nümayəndələri ilə birgə müşavirə keçirilib.

Əli Həsənov tikinti şirkətlərinin nümayəndələrinə tövsiyə və tapşırıqlarını verib. O, işlərin gedişatı zamanı öhdəliyin tam vaxtında və keyfiyyətli görülməsini tapşırıb.

Daşqın


Müəllif: