6 İyun 2014 18:48
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 7-də Azərbaycan Dövlət İqtisad Universitetində “Açıq qapı” günü keçiriləcək.

Ali təhsil ocağının rektoru, professor Ədalət Muradovun iştirakı ilə keçirilən “Açıq qapı”da vətəndaşlarin şikayət və təklifləri dinləniləcək. Müəyyən layihə və təkliflər irəli sürənlərin müraciətinə xüsusi diqqət yetiriləcək.



ADİU-da “Açıq qapı”günü hər ayın birinci şənbə günü keçirilir və öncədən qeydiyyatdan keçmək tələb olunur. Növbəti “Açıq qapı” iyul ayının 7-də olacaq.


Müəllif: