7 İyun 2014 11:30
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Azərbaycanda növbəti zəlzələnin baş verməsi barədə Respublika Seysmoloji Xidmət Mərkəzi rəsmi məlumat yayıb.

Teleqraf.com qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yerli vaxtla 11:05-də Xəzər dənizində yeraltı təkan qeydə alınıb. Yeraltı təkanın maqnitudası 5.4 bal, dərinliyi 84 km olub. Zəlzələ hiss olunub.

Məlumata görə, zəlzələ Bakı ilə yanaşı, Xırdalan, Sumqayıt şəhərlərində də qeydə alınıb.

Qeyd edək ki, bu gün saat 03:18-də Xəzərdə hiss olunmayan zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.1 bal, dərinliyi 45 km olub.


Müəllif: