7 İyun 2014 23:11
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası Regional TV və türkiyənin Azərbaycandakı səfirliyi basın müşavirliyinin təşkilatçılığı ilə “Region mətbuatının Türkiyə yerli mediyası ilə əlaqələrin inkişaf etdirilməsi yolları və perspektivləri” adlı Dəyirmi Masa keçirildi.

Dəyirmi masanı açıq elan edən RTV-nin icraçı direktoru Veli Şəxverdiyev qonaqları salamladı. O bildir ki, Türkiyə Azərbaycan əlaqələri hər keçən gün daha da yaxınlaşır. Informasiya müharibəsi zamanında iki qardaş ölkənin mediyası çəkici eyni zindana vurması çox önəmlidir. Öz çıxışında V.Şıxverdiyev Regional TV-nin gördüyü işlərlə bağlı məlumat verdi. RTV-nin Rizədə yayımlanan TV-lərlə əməkdaşlıq etdiklərini xüsusi vurğuladı. Bu əməkdaşlıqların genişlənməsi ümum işimizə xeyri olacağına diqqət çəkdi.

AJQA-nın rəhbəri Sevil Yusifova hər zaman yeniliklərə imza atan RTV-nin rəhbərliyinə və əməkdaşlarına təşşəkkürünü yetirdi. Xanım Yusifova bildirdi ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Bu dostluğun gələcək nəsillərimizə də gücləndirilərək çatdırılmasında mediya böyük rol oynayır.

Türkiyə və Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi paylaşır. Eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsində hər iki dövlət maraqlıdır. S.Yusifova bəzi məsələrlə bağlı gileyini də dilə aldı. Təəssüf ki, biz türkdilli xaqlar bir-birimiz haqqında xəbəri başqa ölkələrin maraqlarına xidmət edən mediya qurumlarından alırıq. Məsələn Krım hadisələrini əgər rus mənbələrindən öyrəniriksə əlbəttə burda obyektiv xəbərdən söhbət gedə bilməz. Yaxud Suriya hadıslərini haqqında yəhudi və ordakı qüvvələrin maraqlarını güdən bir mənbədən məlumat almaq da insanlarımızı doğru xəbərlə deyil yalanla informasiya ilə təmin etmiş oluruq.

Halbuki türk dilli xalqların mediyası birgə əməkdaşlığı sayəsində güclü bir məlumat bazası ortaya qoya bilər. Məhz bu gün təşkil edilən Dəyirmi masa da bu niyyətə, birgə fəaliyyətə nail olmağa xidmət edir.

Türkiyə səfiriyinin mətbuat müşaviri Həmid Karadəniz dedi ki, Türkiyə Cumhuriyyətinin qurucusu Atatürk demişdir ki, Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir. Azərbaycanın önndəri Heydər Əliyev də demişdir ki, iki millət bir dövlət türkiyə-Azərbaycan. Bu gün sağlam zəmin üzərində qurulan,ümummilli lider Heydər Əliyevin buyurduğu “bir millət, iki dövlət” prinsipi əsasında möhkəmlənən əlaqələrimiz siyasi və iqtisadi sahələrdə əldə olunan inkişaf prosesi ilə bugünkü mükəmməl səviyyəsinə çatmışdır.

Informasiyanın doğru mənbədən alacaqsan, doğru informasiyanı ötürəcəksən.Bu məsələ Türkdilli ölkələrin mediya forumunda da xüsusi qeyd edilmişdir. Mənim düşüncəmə görə Anadolu ajansının üzərinə böyük görəv düşür. Çıxışında natiq bildirdi ki, mediya insanlara sevinc bəxş etməlidir. İnsanlar xoşbəxt olmağı haq edir. Hədəf xalq olmalı. Informasiya maarifləndirməyə xidmət etməlidir. H.Karadəniz vurğuladı ki, bizi bir-birimizə fərqli tanıtmağa çalışırlar. Biz bir birimizi tanımaq üçün öz qaynaqlarımızdan xəbər almalıyıq. Mediya deyib keçməməliyik. Mediyaya dördüncü hakimiyyət deyirlər , amma bu günki durum göstərir ki, mediya birinci yerdə durur. Türkiyə Cumhuriyyətinin Bakıdakı səfirliyinin mətbuat müşaviri çıxışında onu da dilə aldı ki, 81 vilayətin hamsında yerli TV-lər fəaliyyət göstərir. Bizim bu səfərdə məqsədimiz yerəl TV-lərlə Azərbaycan regionlarında fəaliyyət göstərən mediya arasında əməkdaşlığı gücləndirmək və bu yöndə birgə fəaliyyət göstərmələrinə dəstək olmaqdır. Sizin təkliflər əsasında gələcək əməkdaşlığın özülünü tökməyin daha doğru olacağı qənaətindəyik.

Məruzlərdən sonra müzakirələr başladı. Çıxış üçün söz alan RTV-nin xəbər departamentinin rəhbəri Elxan Yusifli AJQA-nın rəhbəri Sevil Yusifovaya maraqlı layihələr həyata keçirdiyinə və bu cür ideyalarla çıxış etdiyinə görə minnətdarlığını bildirdi. O söylədi ki, milli mətbuatımız Türkiyədə baş verən hadisələri həmişə diqqətlə izləyib. Son Somo faciəsinə Azərbaycan mediyası o cümlədən RTV xüsusi həssaslıq göstərdi. Gəlin etiraf edək ki, bu cür münasibət göstərilməsinə qısqanclıqla yanaşanlar da oldu. E.Yusifli bu gün bizim Türkiyədən öyrənəcəyimiz çox şey var. Eyni zamanda türkiyə mətbuatının da bizdən öyrənəcəyi məsələlər də var: qardaşlığa, dostluğa verdiyi verdiyimiz dəyər.

Sonra Xaçmazda fəaliyyət göstərən jurnalistlər mövzuyla bağlı fikirlərini dilə aldılar.


Müəllif: