8 İyun 2014 10:05
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

Teleqraf.com bildirir ki, tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Astara rayonunun Tüləküvan kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 36 kv.m sahədə və damına yığılmış 2 ton ot bağlaması yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb./anspress/


Müəllif: