9 İyun 2014 10:10
501

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək və 16:00-dan 18:00-dək Xətai, saat 11:00-dan 16:00-dək Sabunçu, saat 14:00-dan 16:00-dək Suraxanı, saat 16:00-dan 18:00-dək Xəzər rayonlarının, mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar isə saat 17:00-dək Lənkəran rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Müəllif: