9 İyun 2014 11:49
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların nəzərinə!

Baş prokuror Zakir Qaralov iyunun 20-də saat 11:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Ayxan


Müəllif: