10 İyun 2014 11:34
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” mövzusunda keçirilən konfransda Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açlqlama verib.

Teleqraf.com-un xəbərinə görə, nazir deyib ki, Qafqaz Albaniyasının son minilliyə qədər dövrdə mövcud olmuş bir məkan, Azərbaycan torpaqlarında yaradılmış böyük bir miras və bir mədəniyyət bu gün Azərbaycan xalqının mövcud tarixinin ayrılmaz hissəsidir. Bunun hansı mədəniyyətə malik olduğunu, hansı siyasi cərəyanlar səbəbindən məhv olduğunu həssaslıqla təhlil etmək və öyrənmək lazımdır.

Əbülfəs Qarayev vurğulayıb ki, bu gün Ermənistanda Qafqaz Albaniyasının və alban kilsəsinin özlərinə məxsus olması ilə bağlı məlumat yayırlar: “Biz isə qətiyyətlə bəyan edirik ki, Qafqaz Albaniyasının tarixi Azərbaycanın tarixidir və mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Bu məsələ ilə bağlı keçirilən beynəlxalq konfranslar sübut edir ki, Azərbaycan alimləri baxışların müxtəlifliyinə baxmayaraq, bu tarixin Azərbaycan xalqına məxsus olduğunu dərk edirlər.

Biz heç zaman bu mədəniyyətin, tarixin başqa xalqlar tərəfindən özəlləşdirilməsinə imkan verməyəcəyik. Biz bunu beynəlxalq təşkilatlar səviyyəsində müzakirə edir və sübuta yetiririk. Hətta UNESCO səviyyəsində mədəniyyətimizin başqa millətlər tərəfindən mənimsənilməsinə və oğurlanmasına qəti şəkildə etirazımızı bildiririk ”.

Naibə QURBANOVA


Müəllif: