10 İyun 2014 12:21
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son vaxtlar Nizami kinoteatrında çox maraqlı işlər həyata keçirilməyə başlanıb. Buna görə də bura gələn gənclərin sayı artıb”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Bunu gözəl nümunə kimi vurğulayan nazir qeyd edib ki, bütün dünyada kino yayımı hazırda yalnız biznes marağı daşıyır: “Növbəti mərhələ üçün planlarımız var. Dövlət tərəfindən maliyyələşdirilən iki kinoteatrın tkilməsi nəzərdə tutulur. Kiçik zalları olan kinoteatlar olacaq ki, bu da tamaşaçılar üçün daha əlverişlidir.

Dövlət kinoteatrların yenidən təşkili və sayının artırılması ilə bağlı bir sıra işlər həyata keçirəcək. Ancaq kino yayımı dövlətin deyil, prodüserlərin və yayım şirkətlərinin hüquqlarına daxildir. Onlar bu hüququ kino istehsalçılarından alaraq, yayrılar və gəlir əldə edirlər. Unutmaq lazım deyil ki, Azərbaycanda kino istehsal olunur, bu kinoların çəkilişini və yayımını biz təmin edirik.

“Azərbaycan” kinoteatrında bir zalı xüsusi olaraq Azərbaycan kinolarının təqdimatı üçün ayırmışıq. Mədəniyyət mərkəzləri tikdiyimiz rayonlarda öz filmlərimizin yayımı üçün yeni avadanlıqlar quraşdırmışıq. Bu mədəniyyət mərkəzlərində Azərbaycan filmlərinin təqdimatını artıq həyata keçirməyə başlamışıq. Xarici filmlərin yayımına və kinoteatrların qurulmasına gəlincə, bunlar biznes adamlarının görəcəyi işlərdir”.

Naibə QURBANOVA


Müəllif: