10 İyun 2014 18:36
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan silahlı qüvvələrinin törətdiyi yanğınlardan sonra təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində zəhərli həşaratların, xüsusən də əqrəb və ilanların çoxalması müşahidə edilir.

Ermənistan ordusu tərəfində cəbhənin Ağdam istiqamətində - işğal altındakı Baş Qərvənd kəndi ərazisində yanğınlar törədilib. Bir neçə saat davam edən yanğınlar zamanı böyük bir ərazidə olan bitki örtüyü tamamilə yanaraq məhv olub. Hər il ermənilərin törətdiyi yanğınlar məqsədli şəkildə təşkil edilir. Yandırılan ərazilərdə təkcə bitki örtüyü deyil, ərazidə yaşayan heyvanlar da yanaraq məhv olur. Yanğından qaçan bəzi həşərat və vəhşi heyvanlar isə təmas xəttini keçərək Azərbaycanın yaşayış məntəqələrinə dolur. Bu da təbii ki, burada yaşayan insanların həyatı üçün ciddi təhlükə yaradır. Yanğınlardan sonra baş verənləri isə Çıraqlı kəndinin ən balaca sakini olan 6 yaşlı balaca İbrahim Şükürov belə xatırlayır: "Gecə ermənilər ora atdı, ora yandı. Ondan sonra da ilan gördük. Qaqamnan ilan gördük, atamı çağırdım, gəldi, ilanları çubuqla öldürdü".

Kənd sakinlərinin bildiridiyinə görə, təmas xəttini keçən zəhərli həşəratlar hətta yaşayış evlərinə belə soxulurlar. Yanğınlardan sonra artıq bir neçə gürzə və qızıl ilan sakinlər tərəfindən öldürülüb.

Ağdam sakini Səyavuş Şükürov: "Böyük bir ərazini yanğın cənginə aldı. Yanğın müddətində 3 dənə mina partladı. Təzədən ermənilər bizi atəşə tutmağa başladı. Bundan sonra vəhşi heyvanlar yenə həmişəki kimikəndə doluşdu. Bu, hər il baş verir. Allaha and olsun, 4 dənə gürzəni əllərimlə öldürmüşəm qapıda. Hələ sahələrdəkini demirəm. Inanırsınızmı, biz hələ evdə öldürdüyümüz ilanların çoxunu uşaqlar bildirmirik. Çünki uşaqdırlar həyəcan keçirirlər. Özünüz düşünün. Əksəriyyəti gürzədir. Onun da zəhərini bilirsiniz. Allah uzaq eləsin, uşağı sancsa nələr ola bilər".

Daşqın Abdullayev, Ağdam-Çıraqlı


Müəllif: