11 İyun 2014 11:48
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 və 11-ci sinif şagirdləri üçün iyunun 8-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib. Həmin gün eyni zamanda bu şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri, habelə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsinin şagirdləri mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı veriblər.

Bu imtahanların nəticələri iyun ayının 10-da saat 21:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

Komissiya buraxılış imtahanının nəticələrinə dair statistik məlumatı da açıqlayıb. 9-cu siniflər üçün nəticələrə görə, ana dili fənnindən “2” alanların sayı 4808, riyaziyyatdan 6501-dir, “5”lə qiymətləndirilənlər isə müvafiq olaraq 6728 və 9052-dir.

11-ci sinif məzunları arasında ana dilindən 1746 nəfər, riyaziyyatdan 2674 nəfər “2” alıb. Əla qiymətləndirilənlər isə müvafiq olaraq 7616 və 6943-dür.

Bu il 9-cu sinif üzrə 39731, 11-ci sinif üzrə isə 29869 məzun imtahan verib.

NİGAR


Müəllif: