11 İyun 2014 12:56
900

Azərbaycanda zindandan xəbər verən teleaparıcıdan bəd xəbər var.

Teleqraf.com bildirir ki, həbsxanada cəza çəkən insanları efir vasitəsilə yaxınları ilə görüşdürən, Xəzər televiziyasından yayımlanan “Rezonans” verilişinin aparıcısı Ağalar Ağayev dünyasını dəyişib. O, cəzaçəkmə müəssisəsində ürək çatışmazlığından ölüb.

Törətdiyi cinayətə görə 8 il müddətinə azadlıqdan məhrum edilən aparıcının qəflətən halı pisləşib. Təcili yardım çağırılanadək keçinib. /milli.az/


Müəllif: