13 İyun 2014 13:25
421

2013-2014-cü tədris ilində təhsil müəssisələri 3695 ədəd kompüter, 4853 ədəd notebook, 1971 ədəd proyektor, 2600 ədəd elektron lövhə ilə təmin edilib.

Bu məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb. Teleqraf.com xəbər verir ki, başa çatan dərs ilində 70 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub, 405 nəfər laborant və müəllim İKT üzrə təlimlərə cəlb olunub. 1200 nəfər pedaqoji və inzibati heyət üzvünə elektron məktəbin idarəedilməsi üzrə təlimlər keçirilib.

660 nəfər fənlər üzrə elektron təhsil resurslarından istifadə üzrə təlimlərə cəlb olunub. 220 nəfər “Həmkara dəstək” təlimlərindən keçib. 1135 nəfər layihə əsaslı öyrənmə təlimlərinə cəlb edilib.
Bundan başqa, ümumtəhsil müəssisələrinin fənn laboratoriyaları müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Respublika üzrə 240, o cümlədən Bakı şəhərindəki 27 ümumtəhsil müəssisəsində 370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir avadanlıqlarla təmin olunub.

Təhsil alanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupu da yaradılıb. Hazırda 10.000 şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və psixoloji monitorinqi keçirilir. Növbəti tədris ilindən paytaxtdakı 5 ümumtəhsil müəssisəsinin 10 pilot sinfində sağlam təlim texnologiyalarının tətbiqinə başlanacaq.

NİGAR


Müəllif: