1 Aprel 2016 10:59
321

Azərbaycanın əməkdar artisti Təyyar Bayramov beynəlxalq müsabiqədə qalib olub.

Teleqraf.com xəbər verir ki, Dövlət Akademik Opera və Balet Teatrının solisti olan xanəndə 27-30 mart tarixlərində Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən ”Зов Урала” adlı xalq musiqi orkestr və ansambllarının beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb.

Müsabiqədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Tatarıstan, Belarusiya, Rusiya Federasiyasının vilayətləri və digər ölkələr iştirak ediblər.

Müsabiqə ümumilikdə 500 nəfər tərkibdən ibarət olub.

Azərbaycan nümayəndə heyətinin tərkibində Təyyar Bayramovla yanaşı tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusifov təmsil olunub.

Nərmin


Müəllif: