1 Aprel 2016 19:33
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğala,Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilçiləri 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra tədbirlərə qatılıblar.

Teleqraf.com-un məlumatına görə, forum üzvləri Akif Nağı, Mehdi Mehdiyev, Soltan Əliyev, Radə Abbas, Akif Kərimov, Azər Həsrət, Emin Həsənli, Tahirə Məmmədova, Cəsarət Hüseynzadə, Mətanət Əsgərqızı Qusar rayonu ərazisində yerləşən N saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə görüşüblər. Hərbi hissədə olan forum üzvləri əsgərlərin şəraiti ilə maraqlanıblar.

Əsgərlərin yataq yerləri, camaşırxana, tibb məntəqəsi, istirahət otaqları ilə tanış olan forum üzvləri hərbi hissənin əsgərləri ilə 1918-ci ilin mart hadisələri, Azərbaycan Silahlı Qüvvələrinin bu günü ilə bağlı söhbətlər ediblər. Forum üzvləri dövlətin orduya qayğısının nəticəsi olaraq zəfər yürüşlərində qələbə çalacaqlarını, faciələrimizi unutmayacaqlarına inamlarını dilə gətiriblər.

Səxavət


Müəllif: