4 Aprel 2016 08:33
268

Aprelin 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində həlak olan şəhidlərimizin xatirəsi Londonda anılıb.

Britaniyada yaşayan xeyli sayda həmvətənimiz Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısına gül dəstələri düzüb, şamlar yandırıblar. Onlar torpaqlarımızın az bir hissəsinin belə düşməndən azad edilməsinin qürurverici hal olduğunu bildiriblər.

Soydaşlarımız şəhidlərimizə Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı verərək səbr arzulayıblar.


Müəllif: