4 Aprel 2016 23:52
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki sürüşmə zonasında bərpa işləri getdiyi üçün monitorinqlər dayandırılıb.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Onun sözlərinə görə Kompleksinin ərazisindəki sürüşmə zonasında bərkitmə prosesləri qurtarandan sonra monitorinq işləri aparılacaq: “Bakı-Sumqayıt magistral yolunun 1-ci km-ində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işlərinin aparılması nəticəsində prosesin dinamikası üzərində monitorinq işləri dayandırılıb. İşlər bitdikdən sonra yenidən monitorinq aparılacaq”.

Ələmdar Piriyev bildirib ki, mart ayı ərzində Azərbaycan ərazisində sürüşmə sahələrində aktivlik müşahidə edilir: “Bir sıra ərazilərdə yeni sürüşmə sahələri yaranıb. Əsas sürüşmə zonası Bakı-Şamaxı yolu, Bakı-Ağsu yolunun 132-156-km-də sürüşmənin fəallaşması müşahidə olunur. Quba rayonunun Quba-Xınalıq yolunun 37-46-cı km-də sürüşmə sahəsində yolun 37-40-km-də kiçik ölçülü yeni uçqun sahələri əmələ gəlib. Bakı-Şamaxı yolunun 106-111 km-də, Muğanlı- İsmayıllı yolunda 23-24-29-cu km-də müəyyən qədər sürüşmə dinamikasında artma var”.

Bəzi ərazilərdə suların səviyyəsi qalxması nəticəsində sürüşmə zonası fəallaşdığını deyən baş geoloq qeyd edib ki, Siyəzən rayonu ərazisində yeni sürüşmə ocaqları yaranıb: “Maştağa, Şuşa şəhərciyi ərazisində sularının səviyyəsi yüksəlib. Səbail rayonundan- Badamdar, Bayıl, Xətai rayonundan Əhmədli, Əhmədli-Günəşli, Zığ- Qaraçuxur ərazisində müəyyən qədər sürüşmənin dinamikasında elə bir dəyişiklik müşahidə olunmur. Astara, Lerik- Lənkəran rayonunda 20-29- cu km-də, Lənkəran rayonunun 47-ci km müəyyən qədər sürüşmə artıb. Cəlilabad, Daşkəsən ərazisində sabitlikdir”.

İlhamə ƏBÜLFƏT


Müəllif: