5 Aprel 2016 15:51
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda ölkədə 35 “Gənclər evi” fəaliyyət göstərir, bir sıra rayon və şəhərlərdə olan “Gənclər ev”i artıq gündəlik və fəal iş aparmağa nail olub”.

Teleqraf.com-un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov “Gənclər və idman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi” seminarında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, yerli idarələr gənclərin bilik, davranış, müxtəlif meyilləri haqqında ardıcıl olaraq məlumatları təhlil etməlidir: “Əldə olunan nailiyyətlər sayəsində regionlarda təlim və hazırlıq keçmiş idmançılarımızın xüsusi çəkisi artıb.

Hazırda 160 gənc nazirlik və onun strukturlarında dövlət qulluğu vəzifələrində çalışır”.

Nazir gənclərlə bağlı gələcək planlardan da danışıb: “2025-ci ilə qədər əsas hədəf və vəzifələr müəyyən edilib. 17 müxtəlif kateqoriyadan olan gənclərlə işlərin qurulması nəzərdə tutulub.

Hər bir qrupun müxtəlif tələbatı olduğu üçün bizim iş, metod və formalarımız fərqlidir”.

İlhamə ƏBÜLFƏT


Müəllif: