6 Aprel 2016 18:14
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Bəstəkarlar İttifaqı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda Azərbaycan bəstəkarları və musiqişünaslarının əsgərlərimizin Qarabağ cəbhəsində qazandıqları qələbələri böyük ruh yüksəkliyi ilə qarşıladığı qeyd olunur: “Ən çətin illərdə Azərbaycan bəstəkarları öz yaradıcılıqlarına bir an da belə olsa fasilə verməyərək, xalqımızın cəsarətini və vətənpərvərlik duygularını tərənnüm edən əsərlər yaradıblar.

Bəstəkarlarımızın yaradıcılığında Qarabağ hadisələrinə həsr olunan operalardan, simfoniyalardan, oratoriyalardan, kantatalardan tutmuş mahnılara və hərbi marşlara qədər müxtəlif janrlara aid əsərlərə rast gəlmək olar.

Vasif Adıgözəlovun “Natəvan”, Firəngiz Əlizadənin “İntizar” operalarını, Ramiz Mustafayev, Oqtay Rəcəbov, Azər Dadaşovun oratoriya və kantataları, Azər Rzayev, Tofiq Bakıxanov, Cəlal Abbasov, Sərdar Fərəcovun simfoniya və simfonik poemaları, o cümlədən Tahir Əkbər, Yaşar İmanov, Azər Dadaşov, Eldar Mənsurov, Sərdar Fərəcov, Azad Zahid, Elza Seidcahanın bəstələdiyi mahnılar və hərbi marşları buna misal olaraq göstərmək olar.

Azərbaycan bəstəkarları və musiqişünasları həmişə xalqın və ölkə rəhbərliyinin yanında olmağı özünün müqəddəs borcu hesab edir və bəyan edir ki, istənilən vaxt istənilən çağırışlara Azərbaycan xalqının humanistliyini və vətənpərvərliyini tərənnüm edən yaradıcılıq nümunələri ilə cavab verməyə hazırdır”.

Nərmin


Müəllif: