7 Aprel 2016 14:13
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

TQDK-nın aprelin 3-də təşkil etdiyi sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48123 abituriyentdən 2566 nəfəri imtahana gəlməyib.

Teleqraf.com-a açıqlama verən TQDK mətbuat xidməti rəhbəri vəzifəsini icra edən Nəsimi Kazımov bildirib ki, qurum sınaq imtahanına gəlməyən abituriyentlərlə bağlı heç bir araşdırma aparmır:

“Bu, könüllü olduğu üçün qurum tərəfindən heç bir araşdırma aparılmır. İmtahan zalına buraxılış zamanı bəzi abituriyentlərin sənədlərində problem olur ki, onlar imtahanına buraxılmırlar”.

Xatırladaq ki, sınaq imtahanında iştirak etmək üçün abituriyent 3 manat rüsum ödəməklə kupon əldə edir.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, sınaq imtahanı anlayışı ilk dəfə 1990-ci illərdə ortaya çıxıb: “Şagirdləri testə alışdırmaq üçün Təhsil Nazirliyi sınaq imtahanları keçirməyə başladı. Hazırda TQDK-nın sınaq imtahanı keçirməsi ənənə halını alıb.

İmtahanlara gəlməyənlər barədə araşdırma aparmaq, imtahana gəlməməyə görə kimisə ittiham etmək düzgün olmaz”.

İlhamə ƏBÜLFƏT


Müəllif: