7 Aprel 2016 14:03

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) Füzuli, Tərtər və Goranboy rayonlarında səyyar Sənəd Qəbulu Komissiyaları yaradır.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, məqsəd adıçəkilən rayonların ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunlarının elektron ərizələrini rahat şəraitdə təsdiq etmələrini təmin etməkdir.

Səyyar SQK-lar aşağıdakı tarixlərdə fəaliyyət göstərəcək.

Rayonun adı Tarix Saat Ünvan
Füzuli 11-15 aprel 10:00-17:00 Təhsil şöbəsi, Horadiz ş. Gənclər pr.
Tərtər 11-15 aprel 10:00-17:00 Gənclər Mərkəzi, Heydər Əliyev pr. 2
Goranboy 11-15 aprel 10:00-17:00 Heydər Əliyev Mərkəzi, Heydər Əliyev pr. 2

Xatırladaq ki, cari ilin məzunları elektron ərizələrini SQK-ya müraciət etmədən özləri təsdiq edirlər.


Müəllif: