17 İyun 2014 10:57
1 282

Azərbaycan Tibb Universitetində (ATU) Türkiyə alimlərinin iştirakı ilə telekonfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, bağlantıya ATU professorları ilə yanaşı, Türkiyənin Bilim Universiteti, Şişli “FLORENCE NİGHTİNGALE” araşdırma və uyğulama xəstəxanasının mütəxəssisləri qatılıblar.

ATU-nun Tədris Terapevtik Klinikasında baş tutan canlı telekonfrans zamanı metabolik xəstəliklər, belə xəstəliklər zamanı qaraciyər transplantasiyası mövzusunda çıxışlar olub. Bu mövzuda Yaman Tokat, Yıldıray Yüzey, Ahmet Aydın və Tülay Erkan danışıblar. Həmçinin depo xəstəlikləri, aminturşu metobolizm pozğunluqları, üzvi asimediyalar mövzusunda məruzələr səslənib.

Konfrans zamanı Tibb Universitetində aparılan müayinə və müalicələr, əməliyyatlar barədə videofaktlar açıqlanıb. Öz növbəsində, türkiyəli mütəxəssislər də müzakirə olunan xəstəliklərə dair həyata keçirilən uğurlu müalicələr haqqında məlumatları, foto və video çarxları nümayiş etdiriblər.

Naibə


Müəllif: