17 İyun 2014 17:55
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi" layihəsi çərçivəsində Xaçmazın Ləcət kəndində ağacəkmə aksiyası keçirib.

İTM-in aqrar sahə üzrə eksperti, layihənin rəhbəri Vahid Məhərrəmovun Teleqraf.com-a bildirdiyinə görə, məqsəd yerli əhalinin, ictimai təşkilatların, o cümlədən məktəblərin yaşıllaşdırma işlərinə marağını artırmaqdır. Onun sözlərinə görə, Ləcət kənd tam orta məktəbin həyətində təşkil olunmuş aksiyada 100 şam ağacı əkilib və suvarılıb.

Aksiyada Ləcət kənd icra nümayəndəsi Yavər Xanmədov, Ləcət bələdiyyə sədri əvəzi Amid Xanmətov, Ləcət kənd tam orta məktəbin direktoru Maina Xanmədova, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov, bələdiyyə fəalları, yerli əhali, məktəbin müəllim kollektivi və məktəb şagirdləri olmaqla ümumilikdə 40 nəfər iştirak edib.

İTM bu cür kampaniyanı bir neçə ildir həyata keçirir: “Əminik ki, bu ənənəyə həm bələdiyyələr, həm də məktəblər sadiq qalacaqlar”.

SEVİL


Müəllif: