2 May 2016 00:10
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoç - Çətindir. Necə deyərlər, öz əliniz, öz başınız. Kimsə sizə nə kömək edir, nə də dəstəkləyir. Adətən, belə hallara sakit yanaşırsınız. Bundan başqa, təklik sizə həmişə daha yaxşı işləməyə kömək edirdi. Ancaq məhz bu gün tərəfdaşlara, köməkçilərə, hətta heç olmasa, bir-iki xoş söz deməyi bacaran insana ehtiyacınız var.

Buğa - Peşəkar baxımdan gün çox uğurludur. Yeni layihələrin başlanması, müqavilələrin imzalanması, əməkdaşlıq üçün yaxşı dövrdür. İşgüzar danışıqları yüksək səviyyədə aparır, etibarlı tərəfdaşlar tapmaqla yanaşı, eyni zamanlda hamını özünüzə valeh edirsiniz.

Əkizlər - Şəxsi münasibətlərə gəldikdə isə eyni sözləri söyləmək çətindir. Təsiri altında olduğunuz birisi sizə yaxşılıq etməyə çalışır, amma o, yaxşılığı tamam başqa cür başa düşür. Yaxşı olar ki, özünüzdə güc tapıb ona müqavimət göstərəsiniz, əks halda sonradan xeyli peşman olacaq və havayı yerə əsəb hüceyrələrinizi məhv edəcəksiniz.

Xərçəng - Gözləmədiyiniz, heç ağlınıza gətirmədiyiniz hadisələr baş verir. Bunlar bəzən sizi çaş-baş salır, amma tezliklə başa düşürsünüz ki, hər şey yaxşılığa doğrudur. Şəxsi həyatınızda nəyisə kökündən dəyişdirmək ehtimalınız var.

Şir - Hadisələr sürətlə inkişaf edir, amma bu, sizi qorxutmur. İstiqaməti düzgün təyin edərək, doğru qərarlar verirsiniz. Bəzən bunu necə etdiyinizə özünüz də mat qalırsınız. Faydalı tanışlıqlar quracaq və güvənə biləcəyiniz insanların etibarını qazanacaqsınız.

Qız - Təhsil, peşə biliklərinin artırılması üçün yaxşı gündür. İntellektual potensialınız yüksəkdir. Əvvəllər rəqabət aparmaqdan çəkindiyiniz insanları çox-çox geridə qoyursunuz. İşlə bağlı problemlərinizin həll olunması üçün qeyri-adi üsullar tapır və bununla həmkarlarınızı təəccübləndirirsiniz. Eyni zamanda işgüzarlığınız və entuziazmınız da sizi onlardan fərqləndirir.

Tərəzi - Səbrli olun, tənqidlərə dözümlü davranın. Şəxsi problemləriniz tez həll olunur. Sizi maraqlandıran suallara cavab tapırsınız. Bu gün şəxsi həyatınıza dair vacib qərarlar verə bilərsiniz. Səhv etməyəcəksiniz.

Əqrəb - Qeyri-adi, gərgin, hadisələrlə dolu, bir az yorucu, məhsuldar gündür. Qeyri-standart düşünməyi bacardığınız üçün bir çox əla nəticələrə nail olacaqsınız. Siz əşya və hadisələri digərlərinin görə bilmədiyi tərzdə fərz edə bilirsiniz. Qərarlarınız kimlərəsə qəribə, çox cəsarətli, hətta axmaq görünə bilər.

Oxatan - İctimai fəaliyyətlə məşğul ola bilərsiniz. Böyük kütlə qarşısındakı çıxışınız əla alınar. Şou-bizneslə məşğul olan Oxatanlar yaxşı qazanacaqlar, qalanları isə istənilən məclisin "ulduz"una çevriləcəklər. Ehtiyatlı olun, sizin populyarlığınıza paxıllıq edənlər sizə badalaq vurmağa çalışacaqlar.

Oğlaq - Maliyyə və əmlak məsələlərinə vaxt və ciddi diqqət ayırmalı olacaqsınız, bu səbəbdən bəzi maraqlı məqamları qaçıra bilərsiniz. Yeni romantik münasibətlər başlamağın əsl vaxtıdır: gözünüz məhz sizinlə yola gedə biləcək insanları görür.

Dolça - İşləmək üçün əla gündür. Zəhmətiniz hədər getməyəcək. Problemləri çox səmərəli üsullarla həll edə biləcəksiniz. Nə bədxahlarınız, nə də ki rəqibləriniz məqsədlərinizə çatmaqda sizə ciddi maneə törədə bilməyəcəklər.

Balıqlar - Bu gün soyuqqanlılığınızla qürrələnə bilməyəcəksiniz. Təmkininizin "uçub getməsi" bəzən məqsədinizə çatmağa mane olacaq. Amma bunun yaxşı tərəfi də var: güclənmiş həssaslığınız sayəsində başqalarının duymadıqlarını hiss edəcəksiniz.

Milli.Az


Müəllif: