2 May 2016 18:40
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

TQDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, imtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 8 109 abituriyentdən 411 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib.

İmtahanda iştirak edən 7 696 abituriyentdən 6 476 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Bu imtahanda “qeyri-məqbul” qiymət alanlar, həmçinin müxtəlif səbəblərdən imtahanda iştirak etməyən abituriyentlər 2016-cı il 12 iyunda keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

İlhamə ƏBÜLFƏT


Müəllif: