4 May 2016 14:15
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Ekspert Mərkəzi (JEM) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı " ilə Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi" adlı layihəyə başlayır.

JEM-dən verilən məlumata görə, layihənin mövzusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il noyabrın 9-u AMEA-nın 70 illiyi münasibəti ilə alimlər qarşısındakı çıxışının mətni üzərində qurulub.

Mərkəzin üzvləri cənab Prezidentin çıxışının mətnini sahələr üzrə təsnifatlandırıblar . Layihə çərçivəsində alimlərinin iştirakı ilə həftədə bir dəfə "Dəyirmi masa" keçiriləcək. Elm adamlarının müzakirələrdə səsləndirdiyi təkliflər və dəyərli fikirlər "Kaspi" qəzetində dərc olunacaq. Yekun nəticədə təkliflər paketi müvafiq dövlət qurumlarına ünvanlanacaq.

3 ay müddətində həyata keçiriləcək layihənin məqsədi Azərbaycan Prezidentinin alimlərə ünvanladığı tövsiyə və tapşırıqlarını ictimailəşdirmək, cəmiyyətin inkişafında elm adamlarının rolunu artırmaqdır.

Layihənin birinci mövzusu - "Dilimizə edilən xarici müdaxilələrin, kənar ifadələrin işlənməsinin qarşısının alınması, Azərbaycan dilinin zəngin lüğətinin qorunaraq, gələcək nəsillərə əmanət kimi təhvil verilməsinin təmin edilməsi" elm adamlarının müzakirəsinə çıxarılıb və təkliflər "Kaspi" qəzetində dərc olunub.


Müəllif: