5 May 2016 12:26
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Peşə Təhsili üzrə Dövlət Agentliyi ölkədə ilk peşə-ixtisas təhsili sahəsində əsaslı dönüşə imkan yaradacaq”.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Mikayıl cabbarov “Gülüstan” sarayında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışında deyib.

Mikayil Cabbarovun sözlərinə görə, ilk peşə ixtisas təhsili alan şagirdlərin sayının artması peşə ixtisas təhsilinin əhəmiyyətini də gücləndirir: “ Bəzi beynəlxalq və yerli təşkilatlarla bu istiqamətdə memorandumlar imzalanıb, birgə əməkdaşlıq çərçivəsində biznes qurumları ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məzunların işlə təminatına dəstəyin verilməsi işlərinə başlanıb”.

Mikayıl Cabbarov qeyd edib ki, nazirlik peşə təhsil sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, əmək bazarında çevik və adekvat təklif verməyə qadir olan ilk peşə-ixtisas təhsil proqramlarının işlənib hazırlanması məqsədilə yeni qurumun yaradılması barədə çıxış edib:

“Yeni yaradılacaq Peşə Təhsili üzrə Dövlət Agentliyi ölkədə ilk peşə-ixtisas təhsili sahəsində yeni idarəetmə modelinin hazırlanmasına, peşə hazırlığının səmərəliliyin artırılmasına, rəqabət qabiliyyətli yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcək, bu sahədə əsaslı dönüşə imkan yaradacaq”.

İlhamə Əbülfət


Müəllif: