5 May 2016 13:26
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dərslik hazırlığında müəllim qıtlığı var”.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu işə ən yaxşı mütəxəssislər cəlb edilməlidir: “Amma indiki sosial-iqtisadi şəraitdə onları yalnız çağırışlarla həvəsləndirmək mümkün deyil.

Nazirlik sifariş əsasında ehtiyat dərsliklərin hazırlanması, bu işə ən yaxşı mütəxəssislərin qoşulması təşəbbüsü ilə çıxış edərək müvafiq normativ sənədlərin layihələrini hökumətə və digər aidiyyəti qurumlara təqdim edir.

Təhsil Nazirliyi bu işdə bu il yenilik də edib. Yeni hazırlanan dərslik layihələri çapa verilmədən öncə nazirliyin internet portalında yerləşdirməklə ictimai müzakirəyə çıxarırılır”.

Nazirin qeyd edib ki, təhsilin səriştəyə əsaslanan məzmunun yaradılması istiqamətində aparılan islahatlar içərisində əsas yeri ümumtəhsil pilləsi üzrə dərsliklərin hazırlanması təşkil edir bu istiqamətdə işlər istənilən sürətlə getməsə də son 3 ildə müəyyən uğurlar da olub.

Bu uğurları sadalayan nazir deyibki, kurikuluma əsaslanan 276 adda yeni dərslik və müəllim üçün metodik vəsait hazırlanıb: “Dərslik hazırlığı sahəsində Təhsil Nazirliyi tərəfindən bir sıra işlər görülüb. Qiymətləndirmədə şəffaflığı təmin etmək üçün dərslik layihələri bir-birindən asılı olmayaraq müxtəlif ekspertizalara göndərilib.

Dərslikləri məmurlar yox, bu sahənin mütəxəssisləri, alimləri yazır”.

İlhamə Əbülfət


Müəllif: