5 May 2016 15:31
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində mayın 5-də Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhərinin Binəqədi, Sabunçu və Nizami rayonları Dövlət Yanğından Mühafizə hissələrinin yeni Yanğından mühafizə bölmələrinin açılışı olub.

Teleqraf.com xəbər verir ki, əvvəlcə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 nömrəli Yanğından mühafizə bölməsinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

38 nəfər şəxsi heyətin çalışacağı və Mehdiabad, Binəqədi qəsəbələri, Balaxanı və Novxanı istiqamətlərində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulan bu Yanğından mühafizə bölməsi ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Həmin gün fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 22 nömrəli Yanğından mühafizə bölməsinin açılışını da edib.

38 nəfər şəxsi heyəti olan bölmə Pirşağı, Kürdəxanı, Fatmayi qəsəbələrindəki yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub. Yanğından mühafizə bölməsi ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Mayın 5-də, həmçinin, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 20 nömrəli Yanğından mühafizə bölməsinin də açılışı olub.

38 nəfər şəxsi heyəti olan bölmə Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub. Bölmələrin hamısının ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı inşa olunub.

Naibə QURBANOVA


Müəllif: