5 May 2016 15:37
4 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhidlərin xatirəsinə həsr olunan “Şəhidlər Xiyabanı” mahnısına klip çəkilib.

Teleqraf.com xəbər verir ki, sözləri Anar Məmmədov, musiqisi Namiq Zeynalova aid olan mahnını gənc ifaçılar Fərhad Əkbərov, Vüqar İsmayılov və Dadaş Babayev ifa edib.

İctimai mesaj xarakteri daşıyan klip Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların əziz xatirəsinə həsr olunur.

Qeyd edək ki, sözügedən mahnını tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı da səsləndirib.

Pərvin


Müəllif: