6 May 2016 11:39
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin birinci rübü ərzində xarci ticarətin gömrük statistikasına daxil olan malların dövriyyəsinin statistik dəyəri 1295870 ABŞ dollarına çatıb, idxal olunan malların ümimi çəkisi 855657 min ton olub.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin birinci rübü ərzində dövlət büdcəsinə 277 milyon 370 min manat vəsait köçürülüb ki, bu da keçən ilin birinci rübünə nisbətən 1,5 faiz artıqdır. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2016-cı ilin yanvar-mart ayları ərzində 585 hüquq pozma faktı aşkar edilib. Bu faktların 25-i cinayət xarakterli olmaqla, tutulmuş əşyaların və digər cinayət predmetlərinin dəyəri 9205 manat təşkil edib.

2016-cı ilin 3 ayı ərzində 560 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 28 hüquqi, 532 fiziki şəxs (o cümlədən 386 xarici) inzibati məsuliyyətə cəlb olunub.

2016-cı ilin 3 ayı ərzində inzibati hüquqpozma predmeti kimi 4 ədəd soyuq silah, 12 ədəd elektroşoker, 30 həbb psixotrop maddə, 3 ədəd pnevmatik silah və ov silahının sursat və ləvazimatı aşkar edilərək barələrində müvafiq tədbir görülüb.


Müəllif: