9 May 2016 01:00
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin insan hüquqları komitəsinin sədri xanım Elena Valensiaya Şuşanın işğalının 24-cü ildönümü ilə əlaqədar müraciət ünvanlayıb.

Müraciətdə 1992-ci il mayın 8-ə keçən gecə erməni hərbi birləşmələri tərəfindən Şuşanın işğal edildiyi, əhalinin qətlə yetirildiyi, şəhərdəki ictimai binaların, eləcə də tarixi abidələrin məhv edildiyi bildirilir. “Artıq 23 ildir ki, bu qədim və müqəddəs torpaq erməni işğalçıları tərəfindən zəbt edilib. Şuşanın işğalı bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbədir. Hər il Azərbaycanda və xaricdə fəaliyyət göstərən Azərbaycan icmaları tərəfindən Şuşanın işğalı ilə bağlı təşkil edilən anım tədbirlərində dünyanın nüfuzlu təşkilatlarına müraciətlər qəbul edilir. Müraciətlərdə Azərbaycanın ərazisinin 20 faizinin erməni işğalı altında saxlanıldığı və Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsinə, Avropa Birliyinin qətnamələrinə məhəl qoyulmadığı xatırladılır”, – deyə sənəddə qeyd edilib.


Müəllif: