10 May 2016 18:27
145

1200 fərdi ev təsərrüfatından ibarət, 6500 nəfər sakinin yaşadığı Balakən rayonunun Hənifə kəndinin içməli su təchizatı yaxşılaşdırılıb.

Bu barədə Teleqraf.com-a “Azərsu” ASC-dən məlumat verilib.

İlkin mərhələdə kənd ərazisində 500 kubmetr tutumu olan su anbarı tikilib və 864 sakinin içməli su təchizatı yaxşılaşdırılıb. 2011-ci ildə Hənifə kəndində artezian quyusu qazılıb və polad borularla 2,4 km su xətti çəkilib.

Görülmüş işlər nəticəsində 270 fərdi ev təsərrüfatı olmaqla 945 nəfər sakin dayanıqlı içməli su ilə təmin edilib.
Kəndin digər hissəsini su ilə təmin etmək üçün 2016-cı ildə yeni subartezian quyusu qazılıb, 16 kubmetr tutumu olan su çəni quraşdırılıb. Su mənbəyindən kəndə polietilen borularla su xətti çəkilib. Bununla da 200 ev təsərrüfatı və ya 550 nəfər sakin içməli su ilə təmin edilib.

Ümumilikdə Hənifə kəndində yeni su təchizatı sistemlərinin yaradılması nəticəsində 2500-dək sakinin içməli su təchizatı yaxşılaşdırılıb.

İlhamə Əbülfət


Müəllif: