19 İyun 2014 00:29
986

Musiqili Komediya Teatrının aktrisası Xanım Qafarovanın vəziyyəti pisləşib.

Teleqraf.com-un anspress-ə istinadən verdiyi məlumata görə, son günlər qanının kəskin olaraq aşağı düşən sənətçiyə təcili olaraq qan lazımdır. Son dəfə gəzmək və qabiliyyətini tamamiylə itirdiyinə görə xəstəxanaya yerləşdirilən aktrisaya 2-ci qrup rezus mənfi qan lazımdır. Kömək etmək istəyən şəxslər 050 327-08-58 nömrəsi ilə əlaqə saxlasınlar.

Artıq bir neçə gündür vəziyyəti pisləşib, qanı çox aşağıdır neçə gündür ki, həkimlər dayanmadan qan köçürür. Amma kimyaterapiya prosesindəki şüalar qanını yeyir. Bu üzdən də vurulan qanın bir xeyri yoxdur. Qan çətin tapıldığına görə, halı lap pisləşib.

Qeyd edək ki, Xanım Qafarova xərçəng xəstəlikdən əziyyət çəkir. Heydər Əliyev Fondunun maliyyə yardımı ilə 3 dəfə əməliyyat olunub və Türkiyədə bir-birinin ardınca müalicə kursu keçib.


Müəllif: