19 İyun 2014 11:04
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 25-də saat 10:00-da Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Şəki rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

ƏƏSMN-dən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşlar info@mlspp.gov.az elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (024)244-76-41 (Şəki rayon ƏSMM), (024)255-21-25 (Qax rayon ƏSMM), (024)225-20-08 (Zaqatala rayon ƏSMM), (024)295-15-19 (Balakən rayon ƏSMM), (024)215-21-71 (Oğuz rayon ƏSMM), (024) 205-21-02 (Qəbələ rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şəki rayonuna aparılıb gətirilmələri təmin olunacaq.


Müəllif: