19 İyun 2014 13:12
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük sosial şəbəkəsi Facebook-da problem yaranıb.

Teleqraf.com xəbər verir ki, şəbəkənin əsas səhifəsində “Yaranan texniki problemdən dolayı üzr istəyirik. Qısa zamanda problem aradan qaldırılacaq” sözləri yazılıb.

Facebook administrasiyası problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə heç bir açıqlama verməyib.

Təxminən 15 dəqiqə sonra problem aradan qaldırılıb.
Aytən Həsənova


Müəllif: