19 May 2016 09:41
162

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xdmətindən Teleqraf.com-a verilən məlumata görə, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Müəllif: