21 May 2016 13:46
180

Güney Azərbaycandakı 2006-cı il 22 may hadisələrindən (1 xordad hadisələri) 10 il ötür.

Teleqraf.com “GünAz TV”yə istinadən xəbər verir ki, hər il olduğu kimi bu il də may hadisələrinin ildönümündə dünyanın bir çox ölkəsində müxtəlif tədbirlər və etiraz aksiyaları həyata keçiriləcək. Son məlumata görə, ABŞ-da yaşayan azərbaycanlı fəallar 22 may hadisələrinin 10-cu ildönümü günündə Ağ Evin qarşısında etiraz aksiyası keçirəcək.

Aksiyaya çox sayda soydaşımızın qatılacağı gözlənilir. Aksiya mayın 22-i saat 11:00-dan 12:00-dək Ağ Evin qarşısında keçiriləcək.

İranın rəsmi mətbuat orqanı olan “İran” qəzeti 12 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc etmişdi. Buna etiraz edən soydaşlarımız Azərbaycanın müxtəlif şəhərlərində ayağa qalxıb kütləvi etirazlar keçirməyə başladılar. İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək, dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı.

Mayın 22-də etirazlar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində bir neçə soydaşımız həlak oldu, yüzlərlə insan yaralandı və çoxsaylı etirazçı həbs edildi. Bu hadisələr Azərbaycanın milli mübarizə tarixinə may hadisələri (1 xordad hadisələri) kimi düşdü.

Səxavət


Müəllif: