24 May 2016 18:28
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 25-də Akademik Milli Dram Teatrında xalq şairi Sabir Rüstəmxanlının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tədbirdə Sabir Rüstəmxanlının həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək.

Çoxsaylı ədəbi mükafatlara layiq görülmüş şairin uzun illər ərzində "Ömür kitabı", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı" və digər şeir kitabları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaları, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanları işıq üzü görüb. Əsərlərdən bir çoxu dünya xalqlarının dillərinə tərcümə olunub.

Nərmin


Müəllif: