26 May 2016 00:05
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç - bu gün maddi problemlərinizi kökündən həll etməyə çalışmayın. Rəhbərliklə və ya sizin pulunuzu verməli olan adamla danışa bilərsiniz. Fəqət onu da bilin ki, maaşınızın artırılmasını tələb etmək əvəzinə, əmək haqqının indiki səviyyədə qalmasına çalışmağa can atsanız, daha məsləhətdir.

Buğa - bu gün gəlir yollarını götür-qoy edəcək və onların arasında ən sərfəli olanını seçməyə çalışacaqsınız. Gəlirləri artırmağa can atır, yerinizdə saymaq istəmirsiniz. Alış-verişə yollananda bədxərclik etməmək üçün hisslərinizə hakim olun. Rutin, adi işlərlə kifayətlənməyin. Dəqiqlik, məsuliyyət və məntiqi unutmayın. Aldığınız təkliflərin hamısına aldanmayın. İstəsəniz, azacıq səy göstərsəniz, yalanı həqiqətdən ayıra bilərsiniz.

Əkizlər - elektron poçtla məktubu yollamazdan əvvəl diqqətlə oxuyun. Sosial şəbəkələrdə hər yazılana diqqət verməyin: dünya sizsiz indiyə kimi mövcud olubsa, ya onu dəyişin, ya da kənara çəkilin. Kiminlə birləşmək və ya dostluğu möhkəmləndirməklə bağlı qərar verməyin vaxtıdır. Amma sonrakı nəticələri də proqnozlaşdırmağa səy göstərin. Ləyaqətli güzəşt üçün bəzi ambisiyalarınızı qurban verməyə hazır olun.

Xərçəng - Rutin, adi işləri yerinə yetirərkən tələsməyin, səbirli olun, hər şeyi yerli-yataqlı çözməyə can atın. Bazar ertəsi görülə biləcək işlər barədə düşünün. Çətin sınaq və ya imtahanlardan çəkinməyin. Belədə yalnız öz mövqelərinizi möhkəmləndirəcək, gücünüzü artıracaqsınız. Gözlənilməz zəng ala bilərsiniz. Bu gün ağ və sarı rənglərdən uzaq durun. Mübahisə etməyin.

Şir - bu gün sizin vaxtınızdır. Hələ gözə görünməyən və özünü büruzə verməyən insanın sizə dəstək verdiyini hiss edəcəksiniz. Çox ciddi sınaqdan uğurla çıxacaqsınız. Amma planlarda dəyişiklik vaxtıdır. Böhran kandardadır və artıq ona göz yummaq mümkün deyil. Günün ortalarında ciddi problem yaranacaq və onu həll etmək üçün sərfəli olmayan şərtlərə razılaşmalı olacaqsınız.

Qız - İşgüzar əlaqələri, dostluq münasibətlərini inkişaf etdirməyin vaxtıdır. Ağır şərtlər sizə yaradıcılıq ideyalarını reallaşdırmağa və ya romantik hisslərə qapılmağa mane olmayacaq. Əksinə, bu gün çox işlərin öhdəsindən gələ biləcəksiniz. Rəqiblərlə dil tapmağın əsl vaxtıdır. Ailə həyatında diqqətli olun, qohumlardan hal-əhval tutun. Toya dəvət alıbsınızsa, şənlənin. Amma özünüzə problemlər yaratmayın.

Tərəzi - ailə münasibətləri ilə bağlı məsləhət axtarırsınızsa, yaxşıca düşünün. Əmlakla bağlı məsələlərdə ehtiyatlı olun - sizi aldada bilərlər. Unutmayın ki, səhhətlə əsəblər bərpa olunmur - dincəlməyə çalışın.

Əqrəb - ətrafdakıların sizə olan diqqət və sayğısını cavabsız qoymayın. Ailə üzvlərinizin sevgisi, iş yoldaşlarınızın hörməti, tanışların diqqətindən yararlana bilərsiniz.

Oxatan - gün sizə xoş anlar vəd etdiyindən, bir qədər aktivləşməyiniz məsləhətdir. Başqa sözlə desək, bu gün "xoş böhran"dır. Yaradılıcıqla məşğul olursunuzsa, əzablı tərəddüdlər zamanı başa çatır. Bu gün baş verəcək hadisələr və yaşanacaq hisslər nəticəsində sevgilinizlə münasibətlərə yenidən dəyər verə biləcək, müəyyən nəticələr əldə edəcəksiniz.

Oğlaq - sizə diqqətin kökündə bu gün pulun və aya maliyyə məsələlərinin duracağı da istisna deyil. Amma yaxınlarınız, qohumlarınız və dostlarınızın sizin üçün darıxdığını da unutmayın.

Dolça - planlaşdırdığınız işə çəkinmədən başlayın. Başladığınız işdə uğur qazanacaqsınız. Peşəkarlıq və istedadınızdan, habelə biliklərinizdən yararlanaraq imkanlarınızı artıra bilərsiniz. Sevgilinizlə münasibətlərdə də irəliləyiş istisna olunmur. İşgüzar və ya yaradıcılıq layihənizi həyata keçirərkən etibarlı köməkçilər, həmfikirlər tapa biləcəksiniz.

Balıqlar - ev işləri, səhiyyə və praktiki anlaşmalarla bağlı ödənişlər etmək üçün əlverişli gündür. İşdə sizi uğur gözləyə bilər. Amma bilin ki, işgüzar müqavilələr və anlaşmalarla bağlı öhdəliklər çox çətin ola bilər. Çətinliklə üzləşsəniz, yaxın adamlara yardım üçün müraciət edin. Daşınmaz əmlakla bağlı əməliyyatlar uğur vəd edir. Həmin əməliyyatlar arasında evin təmiri də ola bilər, ev almaq da.


Müəllif: