26 May 2016 14:43
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mansur Piriyev "Baku Bus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Uzun illərdən bəri Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat və təşkilat sektorunun müdiri vəzifəsində çalışmış Mansur Piriyev məlumatı Teleqraf.com-a təsdiqləyib.

Mansur Piriyev deyib ki, bu gün insanların maarifləndirməyə ehtiyac duyduğu sahələrdən biri də ictimai nəqliyyat, ondan düzgün istifadə və davranış qaydaları ilə bağlıdır: "Ona görə də əldə etdiyim təcrübəni bu istiqamətdə həyata keçirmək qərarına gəldim”.

İlhamə ƏBÜLFƏT


Müəllif: