27 May 2016 21:09
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humanitar Araşdırmalar İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə yeni layihəyə start verib.

Teleqraf.com xəbər verir ki, “Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətləri olan dövlət xadimlərimiz: Heydər Əliyev” adlı ilk konfrans Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Toplantının iştirakçıları ölkəmizin paytaxtında yerləşən universitetlərin tələbələri və gənc elmi işçilər olub.

Konfransı giriş sözü ilə açan Humanitar Araşdırmalar İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Mustafayeva deyib: “Milli-mənəvi dəyərlərimiz bizim minilliklər tariximizdən keçib gəlib, zənginləşib və bu gün də yaşayır. Bu dəyərlər keçmişimiz, bu günümüz və gələcəyimizdir. Ən qədim sivilizasiya ocaqlarından biri olan Azərbaycan ərazisində xalqımız dünyanın ən zəngin və özünəməxsus mədəniyyətlərindən birini yaradıb. Bu dəyərlərimizin qorunması və inkişaf etdirilməsində xüsusi xidmətləri olan dövlət xadimlərimizdən biri ulu öndər Heydər Əliyev olub. Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə və 1993-2003-cü illərdə ulu öndər xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsinə xüsusi qayğı və diqqətlə yanaşıb. Ümummilli lider deyirdi ki, həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır. Bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”.

Konfransda çıxış edən millət vəkili, professor Musa Qasımlı milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ümummilli liderin fəaliyyətindən konkret misallar gətirib.

Çıxış edən iştirakçılar konfransın faydalı olduğunu söyləyiblər.

Səxavət


Müəllif: