30 May 2016 10:42
170

Dəniz nəqliyyatı ilə 2016-ci ilin yanvar-aprel aylarında daşınmış yüklərin həcmi 1656,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,1 faiz azalıb. Yüklərin 41,2 faizini neft yükləri təşkil edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dəniz limanlarında 2828,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 93,9 faizini tranzit yüklər təşkil edib.

Bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə artaraq 5,1 min nəfər olub.


Müəllif: