31 May 2016 14:43
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirilib.

2007-ci ildən mütəmadi olaraq keçirilən olimpiadanın məqsədi İKT sektorunun inkişafında əsas rol oynayan proqramlaşdırma sahəsinin inkişaf etdirilməsi, bu sahəyə marağın artırılması və yüksək səviyyəli proqramçıların hazırlanması prosesinə diqqəti atırmaqdır.

Yarımfinal mərhələsi 16 aprel 2016-cı il tarixində Qafqaz Universitetində keçirilib. Bu mərhələdə iştirak edən ali təhsilmüəssisələrinin ən yüksək nəticə göstərmiş bir komandası (13 ali təhsil müəssisəsindən 13 komanda) olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsi 30 aprel 2016-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.

Münsiflər heyətinin qərarı ilə Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci, Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universitetinin “BDU-4”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Suicide Squad” və Azərbaycan Texniki Universitetinin “AzTU1” komandaları 3-cü, Milli Aviasiya Akademiyasının “NAA3” və ADA Universitetinin “ADAU_1” komandaları isə eyni sayda məsələ həll etmələrinə baxmayaraq vaxt fərqi ilə 4-cü yerə layiq görülüb.

Qaliblər 17 may tarixində ADA Universitetində təşkil olunmuş Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə “HP”, “Azerfon” və “Caspian Telekom” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılıb.


Müəllif: