20 İyun 2014 14:26
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə bu gün biologiya, coğrafiya, kimya fənləri üzrə müəllimlər arasında müsabiqə keçirilib.

Müsabiqənin birinci mərhələsində müəllimlərin ixtisas üzrə bilik və bacarıqları, metodiki bilikləri, ikinci mərhələdə isə təhsil sahəsində məlumatlılıq, dünyagörüşü və şəxsi keyfiyyətlər qiymətləndirilir.

Müsabiqənin birinci mərhələsində iştirak edən müəllimlərdən birinin Teleqraf.com-a dediyinə görə, onlara verilən 35 sualdan 20-21-i ixtisas fənni üzrə, digər suallar isə kurrikulumla əlaqədar olub:

“İxtisas sualları çox asan idi. Demək olar ki, Sınaq Qiymətləndirmədə tərtib olunan suallarla eyni idi. Bizə bildirdilər ki, 28 suala cavab verən müəllim ikinci mərhələyə keçəcək.

Mən isə yuxarı siniflərdə dərs keçdiyimə görə kurikulum kurslarına göndərilməmişəm. Bu səbəbdən ikinci mərhələyə keçə bilmədim. Mənə aydın olmadı ki, kurikulum kurslarına göndərilmədiyim halda niyə mənə bu sahədən sual verildi. Sınaq Qiymətləndirmə ilə bağlı Təhsil Nazirliyindən bildirilmişdi ki, kurikulum suallarına cavab verməyən müəllimlərin yuxarı sinifdə dərs deməsi araşdırılacaq və bu nəzərə alınacaq”.

Qeyd edək ki, yerdəyişmə üçün müraciət etmiş 1149 müəllimdən 771 nəfərinin ərizəsi təsdiqlənərək müsabiqəyə buraxılıb. Müsabiqəyə iyunun 17-dən başlanıb və 23-də başa çatacaq.

NİGAR


Müəllif: